Ermənistan “Qarabağ mərhələsi”ni rəsmən bağladı

Ermənistan prezidentinin rəsmi saytından “Qarabağ” bölməsi də silinib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan blokundan olan deputat Artur Xaçatryan öz Feysbuk hesabında yazıb.

“Ermənistanın dövlət orqanlarının saytlarında Qarabağla bağlı yazılar silinməyə başlayıb. Qeyd edək ki, saytın “yenilənməsi” ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinin rəsmi saytından Qarabağ bölməsi silinib. Eyni səbəbdən Müdafiə Nazirliyinin saytında Qarabağ müharibəsi ilə bağlı bölmə yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az