“Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) yaxın gələcəkdə ixracı istisna olunmur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan deyib.
O bildirib ki, 2025-ci il Ermənistan üçün hərbi sənayedə dönüş nöqtəsidir:
“Təxminən 172 milyard dram dəyərində dövlət sifarişləri sayəsində yerli şirkətlər artıq beynəlxalq bazarlara çıxa və tərəfdaşlıq qura biliblər. Nəticədə istehsal güclərini artırıblar. Bütün siyasi və iqtisadi risklər qiymətləndirilib, yalnız bundan sonra şirkətlərə ixrac icazələri verilib. Hərbi sənaye Ermənistanın vacib ixrac istiqamətlərindən biri olacaq”.
Əliyar Xəlil
Globalinfo.az