9e8f0c5d 87ff 42c0 a42b 5fc3a17da9ba

Ermənistan polisi Tavuşda magistral yolu bağlayan etirazçıları saxlamağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vətən naminə Tavuş”  hərəkatının sosial şəbəkədəki səhifəsində məlumat verilib.

Saxlanılanlar arasında politoloq Suren Petrosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyan da var.

Qeyd edək ki, bu gün Baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin bölmələrindən birinə ilk sərhəd sütununun vurulduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: