Ermənistan orduya qadınları çağırmağa başlayır

Ermənistan orduya qadınların çağırışına start verməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, cari ildə orduda qadınlar üçün könüllü icbari xidmət təşkil ediləcək:

“Reformlar hərbi heyətin tərkibinə də aid olacaq. Yaxın zamanlarda biz Ermənistanda tam yeni institut – qadınlardan ibarət könüllü icbari xidmət formalaşdıracağıq”.

Paşinyan həmçinin ordunun büdcəsinin əhəmiyyətli miqdarda artırılacağını deyib.

Malik

Globalinfo.az