Ermənistan ordusunda xaos: Əsgərləri günlərlə niyə döyürlər?

Erməni jurnalist Qayane Zarqaryan erməni zabitləri kəskin tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, Ermənistan ordusundakı işgəncələrdən danışıb.

“Telefon danışığı zamanı döyülən hərbi qulluqçu zabitlərdən birinin onu döyməsi və alçaltmasından danışdı. Həmin zabit hərbi hissə komandiri, polkovnik Qarik Muradyan olub. Bu hadisədən sonra onu Qafan hərbi polisinə göndəriblər. Burada ikinci dəfə döyülüb. Əsgərə deyiblər ki, bu cür rəftara səbəb onun əmrə tabe olmamasıdır.

Əsgər əmrlərin qaydalara uyğun olmadığını dedikdə onu daha dörd nəfər döyüb”, – deyə jurnalist bildirib.

O bildirib ki, əsgərlər növbəti dəfə döyülməkdən qorxduqları üçün şikayət etməkdən çəkinirlər.

Ayşən Mustafa
Globalinfo.az