“2020-ci il savaşında orada Rusiya bayrağı qaldırdıq”

“44 günlük müharibə zamanı Ermənistan üçün hərbi və siyasi baxımdan Rusiya qədər dəstək göstərən ikinci bir ölkə olmadı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, polkovnik Mikayel Ambartsumyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti son qərarları ilə Moskvaya qarşı nankorluq edir:

“Rusiyanın 2020-ci ildəki dəstəyi Ermənistanın nə indiki hakimiyyəti, nə də anti-Rusiya qüvvələrinin inkar edə biləcəyi faktdır. Müharibə zamanı Rusiya ordusunun sərhəddə yerləşdirilməsi, bayrağının dalğalandırılması, yeni rus bazasının açılışını böyük sevinc və şövqlə qarşıladıq. Yanımızda güclü müttəfiqimizin olduğunu dedik. İndi isə əks fikirlər səsləndiririk. Belə nankor olmaq lazım deyil, bu, xəyanət kimi görünür”.

Ayşən Mustafa
Globalinfo.az