Ermənistan kosmosu belə “FƏTH EDİR”: 1 kq-lıq peyk nəyə xidmət edəcək?

“SpaceX”ə məxsus “Falcon 9 Block 5” raketi Ermənistan istehsalı olan “Hayasat-1” peykini Yer orbitinə çıxarıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, “Hayasat-1” orbitdə Ermənistan istehsalı olan ilk peyk olub. Onun çəkisi təxminən bir kiloqramdır.

Artıq Yerə məlumat ötürməyə başlayan peykin uçuşunun məqsədi onun kosmik şəraitdə işləmə qabiliyyətini yoxlamaqdır.