Ermənistan bayrağı da dəyişdirilə bilər

Ermənistanda konstitusiya ilə yanaşı himn və gerbin də dəyişdirilməsinin zəruriliyinə dair ictimai rəy formalaşdırılır. 

Globalinfo.az xəbər verir ki, “Azdak” nəşri ölkənin bayrağının da dəyişdirilməsi ehtimalının olduğunu yazıb.

Nəşr bildirir ki, himndə “düşmən” sözünün işlədilməsi və onlara ünvanlı fikirlərin yer alması əsas göstərilərək dəyişdirilməsi təklif olunur. Hakimiyyət bunun təhlükəli olduğunu deyir.

Məqalədə ölkənin atributlarının 1918-ci il mayın 28-də Ermənistanın müstəqillik əldə etdiyi zaman hazırlanan İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilir. Yəni hazırkı Ermənistan ozamankı respublikanın varisidir. Lakin indi milli atributların dəyişdirilməsi ilə bu məsələnin aradan qalxması planlaşdırılır. Himn, gerb və konstitusiya dəyişikliyi Ermənistanı 100 öncəki respublikanın varisi statusundan məhrum edəcək.

Nəşrin məlumatına görə, hakimiyyət müasir Ermənistanı keçmişdən qoparmağa, uzaqlaşdırmağa çalışır. Hətta bu simvolların yenilənməsi çərçivəsində ölkənin bayrağının da dəyişdirilməsinin gözlənilən olduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az