“Ermənistan” fraksiyası: Bu, dövlətə qarşı ən ağır cinayətdir

“Ermənistanın suverenliyinin məhdudlaşdırılması, ərazilərin təslim edilməsi dövlətə qarşı ən ağır cinayətdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının bəyanatında deyilir.

“Yekun razılaşma olmadan demarkasiya və delimitasiya prosesini həyata keçirmək tamamilə Azərbaycanın maraqlarına uyğundur. Tavuş bölgəsində qismən demarkasiya və delimitasiya prosesinin başlanması Ermənistan cəbhə xəttinin ən sabit və təchiz olunan hissəsinin məhvinə gətirib çıxaracaq, həmçinin ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədəcək. Strateji yollara nəzarətin faktiki olaraq itirilməsi Ermənistan üçün təhlükəsizlik təhdidlərini artıracaq”.

Bəyanatda həmçinin bildirilir ki, Demarkasiya və delimitasiya prosesinin bu cür həyata keçirilməsi Ermənistan hökumətinin vacib milli maraqlardan imtinasının sübutudur.

“Xüsusi vurğulanmalıdır ki, Ermənistanın suverenliyini məhdudlaşdırmağa yönələn hərəkətlər, əraziləri təslim etmək dövlətə qarşı ən ağır cinayətlərdir”, – bəyanatda vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az