Məhərrəm İncəyə veriləcək səsləri kim qazanacaq?

14 mayda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkiyə bir neçə gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürdü.

İndiki məqamda əsas sual budur: İncənin namizədliyini geri götürməsi kimin xeyrinədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay deyib ki, prezident seçkiləri öncəsi 4 namizəd lazımi şərtləri yerinə yetirərək mübarizəyə başladı:

Hasan Oktay: “Türkiye acil önlem almalı ” - KAFKASSAM - Kafkasya Stratejik  Araştırmalar Merkezi

Həsən Oqtay

“Hazırda isə namizədlərdən biri olan Məmləkət Partiyasının sədri Məhərrəm İncə geri çəkildi.

Əslində mübarizənin Kılıçdaroğlu ilə Ərdoğan arasında gedəcəyi bəlli idi. Bununla belə İncənin namizədliyini geri götürməsi olduqca diqqət çəkir. Məsələ ondadır ki, Kılıçdaroğlunun bloku Məhərrəm İncənin iqtidar tərəfindən şantaj və təhdidlərə məruz qaldığını, buna görə də namizədliyini geri götürdüyünü iddia edir. Hətta ona namizədliyini geri götürməsi üçün pul təklif edildiyi də qeyd olunur.

Hesab edirəm, İncənin namizədliyini geri götürməsi “Millət İttifaqı”nın əlini gücləndirəcək. İncə tərəfdarları səslərini Kılıçdaroğluya verəcək.

İqtidara gəldikdə isə iqtidar bu səsləri öz lehinə çevirmək üçün əlindən gələni edəcək. İncənin məlum şantaj materiallarına gəldikdə isə zamanla bütün bunlar unudulacaq”.

Turan Rzayev
Globalinfo.az