Ermənistan bu məlumatı təkzib etməyə başladı

Ermənistan KİV-i PUA-ların tətbiqi və ER Silahlı Qüvvələrinin artilleriya və zirehli qoşunlarının Laçın rayonu istiqamətində çəkilməsi ilə bağlı yayılan məlumatlardan kəskin narahat olub və eyni zamanda bunu təkzib etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumatda bildirilir: “Bu, dolma deyil, saxta deyil – üstəlik, ER Silahlı Qüvvələri bunu etməsəydi, təəccüblənərdik.

Ermənistanın Hindistandan intensiv surətdə silah alması, İrandan təchizat – bütün bunlar Paşinyanın son “sıçrayışına” hazırlıq, Aİ missiyası vasitəsilə Qərbin siyasi dəstəyini cəlb etmək yolunda yer üzündəki əlverişsiz status-kvonu dəyişmək cəhdi idi. Ermənistan liderinin səhv hesabladığı yeganə şey Azərbaycanın cavabı oldu”.