Ermənistan böyük hazırlıq içində – Region təlatümə sürüklənə bilər

1683645910

Ermənistanın paytaxtı İrəvanda baş verən son hadisələr ölkənin siyasi və dini həyatında ciddi gərginlik yaradıb. İyunun 18-də iş adamı və xeyriyyəçi Samvel Karapetyanın həbs edilməsi, ardınca iyunun 25-də baş yepiskop Baqrat Qalstanyanın və iyunun 27-də baş yepiskop Mikael Ajapahxanın həbs olunması hökumətin dini liderlərə qarşı təzyiqlərini və müxalifətə qarşı repressiya siyasətini gücləndirdiyini göstərir. Xüsusilə Eçmiədzindəki dini liderlərin həbs edilməsi ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasının davam etdiyini göstərir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Ermənistanda bu gün formalaşan mənzərə üç böhran oxu üzərində cəmlənir:

“Daxili siyasi-hüquqi qarşıdurma, geosiyasi orientasiya mübarizəsi və təhlükəsizlik risklərinin kəskinləşməsi.

zuriye qarayeva 900x600 1

(Züriyə Qarayeva)

Həmçinin oxuyun:

Mikael Ajapahyan həbs edildi – VİDEO/YENİLƏNİB

Daxildə ən gərgin xətt hökumətlə Ermənistan Apostol Kilsəsi arasındadır. Baş nazir Nikol Paşinyan son həftələrdə iki nüfuzlu arxiyepiskopu “dövlət çevrilişi hazırlamaq” ittihamı ilə həbs etdirib; kilsə rəhbərliyi bunu iman azadlığına və milli kimliyə “birbaşa zərbə” adlandırır. Kilsənin küçəyə çağırdığı tərəfdarları ilə xüsusi təyinatlı polis dəstələri arasında toqquşmalar yaşanıb.

2026-cı il hazırlığı…

Paşinyan administrasiyası bununla həm potensial rəqib mərkəzi neytrallaşdırmağa, həm də 2026-cı il seçkilərinə qədər meydanı boşaltmağa çalışır. Nəticədə cəmiyyət daxildən ikiqütblü narazılıq dairəsinə bölünür: bir tərəfdə sekulyar islahatlara ümid bağlayan şəhər orta sinfi, o biri tərəfdə ənənəvi institutlara sığınan kilsə-diaqora bloku.

Sərhəddə atəşkəs

Beləliklə, Ermənistan indi eyni anda həm dövlət-kilsə münaqişəsini həll etməyə, həm strateji iddiasını rus orbitindən kənarda yenidən qurmağa, həm də sərhəddə atəşkəsi qorumağa çalışır. Hər üç cəbhədə balans alınmasa, ölkədaxili institutlardan tutmuş, regional təhlükəsizlik sisteminədək zəncirvari təlatümə sürüklənə bilər”.

Turan Rzayev
Globalinfo.az