Paşinyan sülhdən danışdı: üç prinsip irəli sürdü

Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən 3 prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun panel müzakirələrində deyib.

“Birinci prinsip – Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.

İkinci prinsip – sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri 1975-ci il Sovet xəritələri əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.

Üçüncü prinsip – ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində regional kommunikasiyaların açılmasına aiddir”, – Paşinyan deyib.