Bu gündən Ermənistan və ABŞ-ın “Eagle Partner-2025” adlı birgə hərbi təlimləri başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.
Ermənistanda keçirilən təlimlər avqustun 20-dək davam edəcək.