Ermənilər özlərini ifşa etdi: Bakı tədbir görməlidir

“Ermənilər keçmişin kobud səhvlərindən dərs çıxarmırlar. Bunun onlar üçün daha ağır nəticələri ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Milli Məclisin plenar iclasında deyib.

Deputat Ermənistanda bir neçə gün öncə Qarabağın işğalı məqsədi ilə başladılan hərəkatın ildönümünün qeyd olunmasına münasibət bildirib:

“Qanunu bilməmək məsuliyyətdən azad etmir” ifadəsini bu gün ermənilər üzərindən implikasiya etmək olar. Bir neçə gün öncə Ermənistanda “miatsum” hərəkatnının 36-cı ildönümü qeyd edildi. Bu həm də emrənilərin özlərini ifşası idi. Bu amildən informasiya müharibəsində istifadə etməliyik. Fransa Prezidenti Emmanuel Makron və bir sıra beynəlxalq dairələr ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğuladılar. Avropa tribunalarında da da tez-tez eşitdiyimiz odur ki, ermənilərin Qarabağ ərazisinə qayıdışları beynəlxalq mexanizmlə tənzimlənməlidir. Yəni Azərbaycan ərazisində separatizmin yenidən mövcud olması dəstəklənir.

Ermənilərin “miatsum” hərəkatının 36-cı ili qeyd etməsi bizim əsas silahımıza çevrilməlidir. Aydınlaşıdırılmalıdır ki, onlar Azərbaycan ərazisində gələcəkdə hansı məqsədlərə çatmaq istəyirlər? Avropa və beynəlxalq platformalarda bu və bu kimi amillərdən istfadə etməliyik”.

Ayşən Mustafa
Globalinfo.az