Papikyan NATO rəsmisi ilə nə danışıb? – FOTO

Ermənistan müdafiə naziri Suren Papikyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, Papikyan və Kolomina regional təhlükəsizliklə bağlı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığının hazırkı inkişaf perspektivləri də müzakirə edilib.

Leyla Əlisoy
Globalinfo.az