
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Moskvaya gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə nazir dövlət büdcəsinin illik hesabatı zamanı deyib.
“Yaxın günlərdə Rusiyaya səfər edəcəyəm və həmkarlarımla görüşəcəyəm. Qarşılıqlı maraqları əhatə edən geniş müzakirələr aparmağı planlaşdırırıq. Bu, bizim ticari-iqtisadi əlaqələrimizi daha da genişləndirəcək”, – erməni nazir bildirib.
Aysel Əliyeva
Globalinfo.az