Tramp Ukrayna ilə bağlı siyasətini açıqladı: Seçilsəm…

Vaşinqton Ukraynaya həddən çox yardım edir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

O bildirib ki, seçkidə qalib gələcəyi halda hansısa ölkəyə yardım edəcəyi ilə bağlı öhdəlik götürməyəcək:

“Biz o qədər çox silah paylayırıq ki, indi sursatımız çatmır”.

Bununla belə, Tramp Avropanın müharibəyə daha çox pul ayırmalı olduğunu söyləyib.

İlkin Həsənov
Globalinfo.az