Erməni müdafiə naziri Rusiyaya getməkdən imtina etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Tula şəhərində keçirilən MDB ölkələrinin müdafiə nazirləri şurasının iclasında iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.

“Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB ölkələrinin müdafiə nazirləri şurasında iştirak etməyəcək”, – qurumdan bildirilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan nümayəndə heyətin iclasda iştirak edəcəyini açıqlamışdı. Nazirin iclasa qatılmaması Ermənistanın Rusiya ilə gərginliyinin nəticəsi və KTMT-dən çıxış prosesinin təcəssümü kimi nəzərdən keçirilir.

Tamerlan Yayaqan
Globalinfo.az