Tofiq zulfuqar0 900x518 1

Ermənistanın müxalif mediası Baş nazir Nikol Paşinyanın seçkidəki qələbəsinə Azərbaycandan verilən reaksiyalara da yer ayırıb.

Globalinfo.az xəbər verir ki, KİV xüsusən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun paylaşımını tirajlayıb.

“Hraparak” yazır ki, “Zülfüqarov emosional paylaşım edərək”, Azərbaycan vətəndaşlarını təbrik edib.

“Dəmir yumruğ”un Ermənistan vətəndaşlarının təxminən 50 faizini beş il ərzində “miatsum” (Qarabağın Ermənistana birləşdirilməsi – red.) adlanan “siyasi şizofreniya”dan sağaltması münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edirəm! Müalicə prosesi davam etməlidir”, – Zülfüqarov bildirib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının bütün seçki məntəqələrindəki səslərin sayılmasından sonra Paşinyanın partiyası səslərin 49,81%-ni toplayıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan ictimaiyyəti birmənalı şəkildə Qarabağın və ətraf rayonların qaytarılmasına qarşı çıxırdı. Azərbaycanın 44 günlük savaşda və sonrakı illərdə hərbi-siyasi üstünlüyünü tam təmin etməsi Ermənistan siyasi dairələrinin və vətəndaşlarının mövqeyinin kəskin dəyişməsinə səbəb oldu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: