“Hazırda Ermənistan bütün qlobal və regional dostlarını itirib, yanımızda duran yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın birinci xarici işlər naziri Vardan Oskanyan deyib.
“Nikol Paşinyanın məsləhətə ehtiyacı var, lakin heç kimə qulaq asmır. Bu gün danışıqlar prosesində izlədiyimiz yolda uğursuzluğa düçar olmuşuq. Tək qalmışıq. İndi kritik mərhələyə qədəm qoyuruq. Paşinyanın dərdi nədir? Öz təhlükəsizliyi üçün narahatdır? Elədirsə, mən müxalifətlə onun arasında görüş təşkil edə bilərəm”, – Oskanyan bildirib.
Ayşən Mustafa
Globalinfo.az