Erməni keşiş Baqrat Qalstanyanın otağına dinləmə cihazı quraşdırmağa cəhd olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vətən naminə Tavuş” hərəkatından bildirilib.
Məlumata görə, Qalstanyanın qaldığı “Ani Grand” otelinin otağında döşəməyə dinləmə cihazı quraşdırmaq istəyiblər.
“Arxiyepiskopun tərəfdarları bu barədə təcili olaraq otel rəhbərliyinə məlumat veriblər. Onlar kimin dinləmə qurğusu quraşdırmağa çalışdığını öyrənmək üçün otağın yaxınlığında müşahidə aparıblar. Bir az sonra ora çoxlu polis və Təhlükəsizlik Xidməti əməkdaşları gəliblər. Lakin heç bir tədbir görmədən ərazini tərk ediblər. Biz hüquq-mühafizə orqanlarının əməkdaşlarını və Milli Təhlükəsizlik Xidmətini öz vəzifələrini düzgün icra etməyə və Nikol Paşinyanın alətinə çevrilməməyə çağırırıq”, – hərəkatın bəyanatında vurğulanıb.
Müşviq Tofiqoğlu