Erməni general qorxu içində: Zəngəzura qoşun yığılır, amma o yoxdur!

“Azərbaycan Ermənistan sərhədi boyunca ağır hərbi texnika və silahlar toplayıb, mühəndis işləri aparır, yollar salır, yeni mövqelər tikir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Xarici media və analitik institutlar müharibə təhlükəsi ilə bağlı həyəcan təbili salır, lakin Ermənistan silahlı qüvvələrinin baş əməliyyat idarəsinin rəisi yoxdur.

Apreldə Ermənistan-Azərbaycan sərhədində Dığ kəndində baş verən insidentdən sonra Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Armen Maralçyanı vəzifəsindən azad edib. Bu bölmənin hələ də lideri yoxdur. Belə çıxır ki, düşmənin növbəti hücumunun qarşısını alan ən mühüm bölmələrin rəhbərləri yerində deyil”, – nəşr yazıb.

Ehtiyatda olan general-mayor Henrik Muradyan da bununla bağlı narahatlığını ifadə edib. O qeyd edib ki, 44 günlük müharibədən sonra silahlı qüvvələrdə keyfiyyət və kəmiyyət baxımdan müsbət dəyişikliklərin olacağı, silahlanmanın artırılması gözlənilsə də, əksinə oldu.