WhatsApp Image 2023 08 30 at 10.40.49

Erməni hərbçiləri orduda yeməklərin keyfiyyətsiz və az olduğundan şikayətlənirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulardan biri qida probleminin illərdir həll edilmədiyini deyib:

“Məsələn, normada yazılıb ki, kolbasa verilməlidir. Həftədə yarım kilodan bir az artıq kolbasa verirlər və bu, 11 nəfər arasında bölünməlidir. Necə bölmək olar? Belə çıxır ki, hər birimiz həftədə yarım kolbasa yeməliyik.

Ya da konservləşdirilmiş ət gətirirlər. Açırsan, içindən bibərli sıyıq çıxır, bir tikə də ət olmur. Ət yeməyi gələndə isə qoxusu, dadı pis olur. Çörək alırıq, ikinci gün turş dadır”.

Erməni hərbçi aidiyyəti şəxslərin məsələ ilə bağlı Müdafiə Nazirliyinə məlumat verdiyini, lakin nəticəsi olmadığını qeyd edib.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: