Ölmüş erməni əsgər bu əşya ilə müqayisə edildi

Ermənistanda müharibədə oğlunu itirən qadınlar hökumət binasının önündə aksiyaya başlayıblar.

Globalinfo.az xəbər verir ki, onlar ordudakı qətllərə görə cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Oğlu müharibədə ölən qadınlardan biri sona qədər mübarizə aparacaqlarını bildiriblər:

“Bizim uşaqlar toyuq idi?! Bu ilin martında oğlumun qətlinin 14-cü ili tamam olacaq, amma heç kim cəzalandırılmayıb. Orduda qətlləri dayandırın. Xəbəriniz varmı o əsgərləri hansı çətinliklərlə böyüdüb dövlətə veririk?! Əsgərin duş qədər qiyməti yoxdur ki, heç kim tutduğu vəzifədən qovulmayıb?!”

Xatırladaq ki, bir qədər əvvəl N.Paşinyanın qərarı ilə Armavir vilayətinin rəhbəri Eduard Ovannisyan tutduğu vəzifədən azad edilib. Buna səbəb baş nazirin Araqats kəndinin yeni təmir olunmuş məktəbinin hamamında keyfiyyətsiz duşlar aşkar etməsi olub.

Əliyar Xəlil
Globalinfo.az