Paşinyanı aradan götürməyin 3 yolu var – Kyureqyan sadaladı

Erməni deputat Armenui Kyureqyan Ermənistanın Baş naziri Nikol Paşinyanı aradan götürməyin 3 yolu olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, deputat bunu jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

“Nikol Paşinyanı aradan götürməyin 3 yolu var.

  1. İstefa verməlidir – bu, böyük ehtimalla istisnadır.
  2. Ona etimad göstərilmir.
  3. Geniş ictimai təzyiq nəticəsində kənarlaşdırılır.

Düzdür, cəhdimiz iki dəfə alınmadı, amma bu o demək deyil ki, biz sözügedən yoldan tamamilə imtina edəcəyik. İki dəfə alınmadı, üçüncü dəfə cəhd edəcəyik, işə yarayana qədər çalışacağıq”, – Kyureqyan deyib.

Zaira Akifqızı
Globalinfo.az