Dünya çempionu Ermənistan vətəndaşlığından imtina etdi – SƏBƏB

Erməni boksçu Erik İsraelyan Ermənistan vətəndaşlığından imtina edir.

Globalinfo.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

E.İsraelyan öz ölkəsində dəyər görmədiyi üçün başqa ölkəyə getdiyini bildirib.

“2022-ci ildə Avropa və dünya çempionu oldum. Ermənistanda 13 ildir ki, boks üzrə dünya çempionu yoxdur və mən 13 illik fasilədən sonra bunu bacardım. Bu günə kimi titullarıma görə mənə heç nə edilməyib. Mən Ermənistan Respublikasının vətəndaşlığından imtina edirəm və döyüşmək üçün başqa ölkəyə gedirəm”, – o yazıb.

Zaira Akifqızı
Globalinfo.az