Ermənistan XİN: Yaxın zamanda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü planlaşdırılmır

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü gözlənilmir.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi “Twitter“də bildirib.

“Yaxın zamanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü planlaşdırılmır”, – deyə o bildirib.

Qeyd edək ki, xüsusi nümayəndələrin iyulda baş tutan görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, yəni birbaşa hava yükdaşımalarının başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması məsələlərini müzakirə etmək üçün sərhəddə iki ölkənin müvafiq orqanlarının nümayəndələrinin görüşü planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzeti diplomatik mənbələrə istinadən xüsusi nümayəndələrin görüşü barədə məlumat yayıb.