Ərdoğanla Putin arasında görüş keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixi hələ seçilməyib: “Görüş diplomatik kanallarla razılaşdırılacaq”.

“Putinlə Ərdoğan arasında hər zaman danışığa ehtiyac var və siz bilirsiniz ki, onların görüşəcəyi ilə bağlı razılıq var. Lazım gəldiyi təqdirdə, liderlər telefonla çox tez zəngləşə bilirlər”, – deyə Peskov bildirib.