Türkiyədə maraqlı hadisə: Ərdoğanın “əkizi” peyda oldu və… – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad, soyad və ata adını daşıyan 24 yaşlı gənc qarşıdan gələn prezident və parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, Türkiyənin Nevşehir vilayətindən olan gənc Ərdoğan seçiləcəyi təqdirdə qanunverici orqanda gənclərin maraqlarını təmsil etmək istədiyini deyib.

“Mən hazırkı prezidentimiz şeir dediyi üçün həbsə atılandan üç gün sonra anadan olmuşam. Atam prezidentimizi çox sevir və ona dəstək olmaq üçün mənə Rəcəb Tayyib adını verib”, – o bildirib.

Turan Rzayev
Globalinfo.az