“Ankara ABŞ Prezidenti Donald Trampla əməkdaşlığı davam etdirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Prezident Trampın Türkiyə və NATO sammiti ilə bağlı müsbət fikirlərini məmnunluqla qarşılayıb.
“Biz Prezident Tramp ilə Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda, regionumuzda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlığımızın inkişafına töhfə verəcəyik”, – deyə Türkiyə lideri vurğulayıb.
Əliyar Xəlil