Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “AHaber” nəşri yazıb.
Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Globalinf0.az xəbər verir ki, bu barədə “TRT Haber” yazıb.
Bildirilib ki, Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.
Səfərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, kənd təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmilər iştirak edir.
