Ərdoğan zəlzələ bölgəsində tikiləcək evlərin sayını açıqladı

Türkiyənin zəlzələ bölgəsində 488 min yeni ev tikib vətəndaşlarımıza təhvil verəcəyik.

Globalinfo.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident Ərdoğan deyib ki, mövcud plana görə, tikiləcək binaların 405 mini yaşayış yeri, 83 mini isə kənd evi olacaq.