Ərdoğan Yunanıstan Prezidenti və Baş nazirinə başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakisə başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan başsağlığı məktubunda Yunanıstanda baş vermiş qatar qəzasına görə kədərini ifadə edib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, Larissa şəhəri yaxınlığında qatar qəzasında 36 nəfər həlak olub, 85 nəfər yaralanıb.