1PWLTKYl636I53Wlak1Z9G4O37TRwg9m9MCKhjFb 1200 2

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, liderlər Türkiyə-Pakistan ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin regionda sülh yönümlü səylərinin davam etdiyini və sabitliyin təmin olunması üçün addımlar atacağını bildirib.

O qeyd edib ki, Pakistanın təhlükəsizliyi Türkiyə üçün önəmlidir və davamlı sabitlik üçün birgə fəaliyyət davam etdiriləcək.

Telefon danışığı zamanı Əfqanıstandakı son vəziyyət də müzakirə olunub.

Paylaş: