Ərdoğan Putinlə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Rəyasət Heyətinin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Türkiyədə baş verən zəlzələlər və birinci ilində olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya Prezidenti Putinə təşəkkür edib .

Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirən Prezident Ərdoğan, İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını bildirib.