Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər o cümlədən gərginliyin yayılmasının qarşını almaq üçün qabaqlayıcı tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

Putin və Ərdoğan regiondakı insanların humanitar ehtiyaclarının qarşılanması üçün görülə biləcək mümkün tədbirlər barədə danışıblar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edəcək.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Ərdoğan Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında danışıb.

Dövlət başçısı Avstriyaya terrorla mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Lakin o, eyni yanaşmanı bütövlükdən Avropadan görə bilmədiklərini qeyd edib.

“Biz region liderləri ilə son vəziyyəti müzakirə etdik. Bu gün mən Putinlə danışacağam, Quterreşlə də görüşəcəyəm. Ədalətli sülhün məğlub tərəfi yoxdur şüarı ilə bütün nüfuzlu aktorları məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”, – deyə Türkiyə Prezidenti bəyan edib.