Ərdoğan nə qədər maaş alır? – Köməkçisi açıqladı

“Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı deputatların maaşından aşağıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz deyib.

O, Ərdoğanın maaşının artırılması ilə bağlı iddialara cavab verərək, prezidentin deputatlar və nazir köməkçilərindən daha az maaş aldığını bildirib:

“Bu vəziyyət şəxsi seçimlərlə əlaqəlidir, özü artırılmasına icazə vermirdi. Əgər Prezidentin maaşını artırmasaydıq, bu məbləğ baş menecerdən daha az məbləğdə qalacaqdı”.

Ayşən Mustafa
Globalinfo.az