Ərdoğan Mahmud Abbasla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla telefonla danışıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının qərarı da daxil olmaqla, atəşkəs üçün bütün vasitələri səfərbər etməli olduqlarını əlavə edib:

“Biz İsrailə qarşı möhkəm və birlik içində mübarizə aparmalıyıq”.