Ərdoğan: “Ey Netanyahu, bu sənin yaxşı günlərindir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edib. 

Globalinfo.az xəbər verir ki, Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun İsraillə bağlı sözlərinə də münasibət bildirib.

“Ey Netanyahu, bu sənin yaxşı günlərindir. Bil ki, gedəcəksən. Sizi daha fərqli günlər gözləyir.

Makronun açıqlamaları Netanyahunu narahat edib. Bilin ki, ölən azyaşlıların ahı sizə rifah gətirməyəcək. Məzlumların ah-naləsi yavaş-yavaş çıxacaq”, – Türkiyə Prezidenti deyib.

Əliyar Xəlil
Globalinfo.az