erdogan 25 11

“Balıkesirdə baş verən zəlzələ ilə bağlı prosesi diqqətlə izləyirik”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşım edib.

O bildirib ki, AFAD və digər aidiyyəti qurumlar hərtərəfli araşdırma və monitorinqləri davam etdirir.

Ərdoğan zəlzələdən təsirlənən vətəndaşlara “keçmiş olsun” diləklərini çatdırıb.

“Rəbbim ölkəmizi və millətimizi hər cür bəladan mühafizə etsin”, – paylaşımda deyilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: