erdogan sefir

Türkiyə ilə ABŞ arasında münasibətlərdə yenidən gərginlik müşahidə edilir.

Globalinfo.az xəbər verir ki, İstanbulda ülkü ocaqları qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyki kəskin tənqid edib. Buna səbəb Fleykin Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu ilə Ankarada görüşməsi olub.

“Gedib, bay bay Kamalı ziyarət edir. Ayıbdır, bir az başını işlət. Sən səfirsən. Sənin buradakı həmsöhbətin prezidentdir”, – Ərdoğan Fleykin görüşünü şərh edərkən söyləyib.

O, çıxışı zamanı ABŞ-a dərs verməyin vaxtının çatdığını da deyib. Ərdoğan artıq ABŞ səfiri üçün Türkiyə Prezident Administrasiyasının qapılarının bağlı olduğunu deyib:

“Sən bundan sonra Prezidentdən hansı üzlə görüş istəyəcəksən? Bizim qapılar bağlandı, onu bir daha görə bilməzsən. Niyə? Həddini biləcəksən. Səfir olaraq vəzifəni biləcəksən. Bir səfir necə çalışır, onu öyrənəcəksən. Bunu öyrənmədiyin təqdirdə bu qapı karvansara deyil ki, içəri girəsən. Onun üçün də 14 maya yaxşı hazırlaşırıq”.

Qeyd edək ki, Fleyklə Kılıçdaroğlu arasında görüş 29 martda CHP-nin ofisində baş tutmuşdu. Bundan öncə isə Fleyk AKP-nin ofisini ziyarət edərək, Ərdoğanın müavini Numan Qurtulmuşla görüşmüşdü.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: