“Ən yaxın dostumuz və müttəfiqimiz bizi aldatdı” – Simonyan

“Müttəfiqimiz Rusiya bizi ən kritik anda tərk etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O bildirib ki, Ermənistanı qorumaq vaxtı çatanda Rusiya bunu etmədi. Sonra bir daha bizi qoruyacaqlarına ümid etdik, amma yenə aldatdılar.

“Bizi qorumalı olan bir dostumuz və müttəfiqimiz var idi. Amma vaxtı gələndə bizi qorumadı və tək buraxdı. Bəli, bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən kritik anda bizi tərk etdi və bu, faktdır”, – Simonyan bildirib.

Simonyan Ermənistanın KTMT-də iştirakını dondurduğunu da bəyan edib.

“Biz bu təşkilatın mövcud olub-olmadığını, fəaliyyət göstərib-göstərmədiyini bilmirik. Ona görə də, Ermənistan KTMT-də iştirakını dondurub”, – deyə Simonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az