Emmanuel Makron Paşinyanla görüşəcək – Fansa Prezidenti açıqladı

Fransa Respublikasının Prezidenti Emmanuel Makron noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı məlumat verib.

Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Qeyd edək ki, Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü Tunisdə baş tutacaq.