socar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.

E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.

Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.

Qeyd edək ki, təyinatla bağlı ilk məlumatı anews.az yayıb.

Paylaş: