Bakının Baş planı tezliklə təsdiq oluna bilər

 

“Bakı şəhərinin Baş planı tezliklə təsdiq olunmalıdır”.

Globalinfo.az bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı işlər artıq bitib:

“Baş plan şəhərin zonalaşdırılmasını, müvafiq məhdudiyyətləri özündə əks etdirir. Paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb”.