Əməkdar artist buna qarşı çıxdı

Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməsinə qarşıdır. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

Ələkbərzadə bildirib ki, köhnə tikililər yenilərdən daha möhkəmdir: “Məncə, bizim köhnə binalar heç sökülməsin, yenə sığınacaq bir yer var. Daşı daş, sementi sement, divarın qalınlığına söz ola bilməz, bünövrəsi bünövrə. İllərlə tikilən binalardır, bir günə yox”.