Elşad Hacıyevdən xanım sürücülərə xəbərdarlıq – DİQQƏT

“Sürücülərin, xüsusilə xanım sürücülərin diqqətinə! Yolayrıclarında, parkinq və dayanacaqlarda şəxsi əşyalarınızı avtomobilin görünən yerlərində, oturacaqların üstündə saxlamayın”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu hal həmin əşyaların talanması ilə nəticələnə bilər:

“Avtomobildən düşərkən qapıları və şüşələri bağlamağı unutmayın. Avtomobilləri işıqlandırılan, müşahidə kameralarının olduğu küçə və mühafizə olunan dayanacaqlarda saxlamağa üstünlük verin”.

Zaira Akifqızı
Globalinfo.az