Əliyevlə kritik görüşdən əvvəl Paşinyan onu Moskvaya göndərdi

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

Onun Moskvada təhlükəsizlik məsələlərinin koordinasiyası üzrə ali nümayəndələrin beynəlxalq görüşündə iştirak edəcəyi bildirilib. Səfərin 23-25 may aralığında gerçəkləşməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qriqoryan Ermənistan hakimiyyətində anti-Rusiya baxışları ilə seçilən əsas simalardandır. Məhz o, Brüssel görüşündən az öncə verdiyi müsahibəsində Moskvanı kəskin tənqid edərək, Ermənistanın Rusiyadan asılılığını azaltmaq istiqamətində çalışdığına eyham vurmuşdu.

Maraqlı məqam Qriqoryanın səfərinin Azərbaycan-Ermənistan liderlərinin Moskva görüşü fonunda baş tutmasıdır.

İlkin Həsənov
Globalinfo.az