1681994153 03eb9c94 a58c 46ec 8d2a 8da0532bcd45

Ermənistanmüxalifət partiyasının deputatı Artur Sarkisyan məhkəmə qərarı ilə iki ay müddətinə həbs olunub. 

Globalinfo.az bu barədə məlumatı onun vəkili Aram Vardevanyan verib.

Vəkilin sözlərinə görə, məhkəmə Artur Sarkisyan barəsində ilkin istintaq dövrü üçün həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib. Onun saxlanılmasına səbəb parlamentin iclası zamanı baş verən insident olub.

Belə ki, Sarkisyan iclas zamanı yaranan gərginlik fonunda fiziki qarşıdurmada iştirak edib. Vardevanyan bildirib ki, müdafiə tərəfi məhkəmənin bu qərarını ədalətsiz və siyasi motivli hesab edir və apellyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, son dövrlərdə Ermənistan parlamentində müxalifət və iqtidar nümayəndələri arasında gərginlik artmaqdadır.

Tahir Turan

Globalinfo.az

Paylaş: